Çarığ gey, qurşa qurşağı,
Bas başından lap aşağı
Quduz dəymiş qurumsağı,
A məhlə uşağı, fəhlə uşağı.
Azdan, çoxdan təminatın,
Minməyə yox yorğa atın,
Nə satansan, nə də satqın
A məhlə uşağı, fəhlə uşağı.
Zəhmətlə yoğrulur aşın,
Yaman ağır qara daşın,
Dikəl, dik dur, əymə başın,
A məhlə uşağı, fəhlə uşağı.
Dəbdəbələr görməmisən,
Döyülmüsən, döyməmisən,
…….. ardın oxuyun
Nəyin var ki, öyünəsən,
A məhlə uşağı, fəhlə uşağı.
Nazlanmaq sənə yaraşmer,
Əl qabarlı, kar da aşmer,
Yazmaq da mənə yaraşmer,
A məhlə uşağı, fəhlə uşağı.
Siyasətlə işin yoxdur,
Çeynəməyə dişin yoxdur,
Onsuz çeynəyənin çoxdur,
A məhlə uşağı, fəhlə uşağı.
Fəhləliyi Fələk vermiş,
Kəsilmişə kələk vermiş,
Küyləməyə külək vermiş
A məhlə uşağı, fəhlə uşağı.
Hamı farmazon olanmaz,
Fağırda fason olanmaz,
Fəhləsiz də dolananmaz,
A məhlə uşağı, fəhlə uşağı.
Fərasətin fəhmindədir,
Zəhmətində, zəhmindədir.
Fəhmli ol, fərsiz olma,
A məhlə uşağı, fəhlə uşağı.
Cib nəyinə gərəkdir,
“CİP” nəyinə gərəkdir,
Sənə cihad gərəkdir,
A məhlə uşağı, fəhlə uşağı.
“CİP” istərsən cip-cip verər,
Baxmaq üçün klip verər,
Boğazına yağlı ip verər,
A məhlə uşağı, fəhlə uşağı.
Can deməyə dili yoxmuş,
Çərlətməyə çəri çoxmuş,
Verməyə başqa şey yoxmuş,
A məhlə uşağı, fəhlə uşağı.
Nə özəlsən, nə gözəlsən,
Belələrdən nə gözlərsən,
Artıq desən əzilərsən,
A məhlə uşağı, fəhlə uşağı.
Qırışmala qırım vermiş,
Yaşamağa durum vermiş,
Burun, həm də buynuz vermiş,
A məhlə uşağı, fəhlə uşağı.
Əcaiblər işdə əlbir,
Biri oğru, biri cibgir,
Kimi pulsuz, kimi pulgir,
A məhlə uşağı, fəhlə uşağı.
Kirələrdə kirələnər,
Kirpiyindən kir ələrsən,
Bəbəklərdən bərələrsən
A məhlə uşağı, fəhlə uşağı.
Belələrə bel bağlarsan,
Dil deyər, diri ağlarsan,
Allaha ümid bağlarsan,
A məhlə uşağı, fəhlə uşağı.
Daldadan dalda qalarsan,
Qaz deyər, qazmax yalarsan,
Hər zaman qanı qarasan
A məhlə uşağı, fəhlə uşağı.
Arzun, həm azarın bolmuş,
Röyaların ənbər qoxmuş,
Oyananda gördün yoxmuş,
A məhlə uşağı, fəhlə uşağı.
O quldardı, sən qulluqçu,
O buyuran, sən buyruqçu,
Bu dünya uzun quyruqlu,
A məhlə uşağı, fəhlə uşağı.
Səninki də belə gəlmiş,
Taleyinə dərd ələnmiş,
Səadət almaq sələmmiş,
A məhlə uşağı, fəhlə uşağı. |
Yaxshi ! ! Xeyli yaxshi :)) men deyene gelirsen ha a a…
Heee:)) Tenqid yaxshi sheydi de..
супер фотка))) ты молодчина
Вообще я считаю. что ты уже гуру)))
Ahmed, şəkil də əladır, tam şəklə uyğun da şeir tapmısan a 🙂 Fəhlənin üzündə elə sevinc, gülüş var ki, heç elə o ağır yükü götürən bu deyil.
amma tenqid vaxti inadkarliq eleyirsen ! ! ! 🙂
O da normaldi, reshad :))
Özüm yazdığıma nə şərh verim?