Bakı, 2017. “Titanik” adlanan yarımçıq xəstəxana binası 9-cu mikrorayonla Rəsuzladə qəsəbəsinin kəsişdiyi ərazidə yerləşir. Sovet dövründə tikilməyə başlanan bina yarımçıq qalıb və böyük olduğu üçün, insanlar öz dillərində onu “Titanik” adlandırıblar.
İndi bu binada Qarabağdan məcburi köçkünlərlə yanaşı Azərbaycanın işğal olunmayan rayonlarından gələn sakinlər də yaşayır.