Hər an ölümlə üz-üzə..
Ağdamın Çıraqlı kəndi Qarabağ müharibəsinin sonlarında Ermənistan ordusu tərəfindən işğal olunub və bir neçə il sonra geri qaytarılıb. Evin qapısı müharibədən əvvəl Ermənistan ordusunun asan görə biləcəyi tərəfə açılırdı. Sonradan isə atılan güllələrin yaratdığı təhlükəyə görə evin qapısı yan tərəfə dəyişdirilir. Evin qapısı o tərəfə bağlı olduğu kimi Qarabağ tərəfə də yollar hələ də bağlıdı. Bütün çətinliklərə baxmayaraq insanlar öz evlərini tərk etmək fikrində deyillər. Hər an ölümlə üz-üzə gəlsələr belə.