Həbsxanaya gedən foto

DSC_0380 copy

2011-ci il. İnqilab çüşəsində. Yolun kənarında fotoaparatla dayanıb avtobus gözləyərkən, bayaqdan məni, əslində əlimdəki qəribə aparatı maraqla izləyən uşağı sezdim. Davam etdim gözləməyə. Amma 5-6 dəqiqə də keçdi, uşaq durub-durub mənə tərəf baxırdı. Yaxınlaşdım uşağa, aşağı oturub salam verdim. Əli ilə aparatı göstərdi. Çəkdiyim bir-iki foto göstərdim. Deyəsən dostlaşmışdıq artıq. Balaca dostumu çəkmək üçün özündən izin aldım. Gülərək razılığın verdi. Fotonu çəkdim və balaca dostuma öz fotosun göstərən zaman yan tərəfdən bir qadın yaxınlaşdı və bizimlə birgə fotoya baxdı. Onun övladı idi. Sağollaşıb getmək istəyəndə məni saxlayıb dedi:

“O fotonu mənə çıxarıb verə bilərsənmi? Özüm üçün yox, atası həbsdədi neçə vaxtdır oğlun görmür, atasına həbsxanaya aparacam.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir:
close-alt close collapse comment ellipsis expand gallery heart lock menu next pinned previous reply search share star