İndi kənd yerlərində at belində ərləri iləbirlikdə işləyən qadınlar “Həcər” rolunda deyillər. Ya da bədii ədəbiyyatdakı at belindəki qəhrəman türk qadını obrazını daşımırlar. Qubanın ucqar kəndindəki bu qadın nə qəhrəman olmaq üçün, nə də türk olduğu üçün at belindədi. Ac qalmamaq, yayda işləyib qışda heç olmasa isti peçin kənarında bir qarın çörəyi yemək üçün May ayında atın belində Günəş şüaları altında dolaşmağa məcburdu. “Dədə Qorqud” da qadınlar ərləri ilə at çapıb qılınc döyüşdürürdü, çiyin-çiyinə vuruşurdu. Düşmənə qalib gəlmək üçün. İndi də çiyin-çiyinədir. Amma “yagı düşmənlə” deyil, çöərk pulu üçün vuruşur.
Quba, Xınalıq yolunda. 24.05.2010