2008-ci ildə İtv-də səhv etmirəmsə, “Sözün düzü” adlı bir veriliş efirə gedirdi. Prezident seçkiləri ərəfəsndə (seçki təbliğatı zamanı) verilişin qonaqları höküməti təmsil edən Bahar Muradova və müxalifətdən Pənah Hüseyn idi. Verilişin aparıcısı Anar Yusifli idi. Muzakirələr zamanı P.Hüseyn bildirdi ki, hakimiyyət Vladimir Ruşalyo proqramı ilə hərəkət edir. Anar Yusifli Bahar Muradovanı gözləməyərək, o əvəzdən cavab verdi ki, (həyəcanlı və yüksək səslə) “Siz də Corc Buş proqramı ilə hərəkət edirsiniz”. Bu zaman B.Muradova aparıcını sakitləşdirməyə çalışırdı.
Foto 2010-cu ilin aprelində çəkilib.