Ahmed's photo Blog

İtgin düşmüş şəxslərin yaxınları avtomobil yolunu kəsdilər

Avqustun 30-da Bakının Nərimanov rayonu ərazisində itkin düşmüşlərin ailələri avtomobil yolunu kəsiblər. Hadisə yerinə gələn polislərlə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Aynur Elgünəşin sözlərinə görə, BQXK-nin rəhbərliyi tədbirin «yad etmə mərasimin»dən kənara çıxmamasına çalışsa da, itkin düşmüşlərin ailələri yaxınlıqdakı avtomobil yolunu kəsiblər. Onlar həm də mərasimə çəkiliş qruplarının gəlməsini tələb ediblər.

Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi aksiyaçıları sakitləşdirib və mərasimə yerli televiziya kanallarından biri çağırılıb.

Dağlıq Qarabağ müharibəsində 4000 mindən çox Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur.

Polis jurnalistləri də  döydü

Təxminən 100 nəfərə  yaxın şəxs İnqilab küçəsinin ortasında dayanaraq maşın yolunu bağladı. Əllərində tutduqları şəkilləri havaya qaldıraraq etirazlarını çatdırdılar. Aksiya təxminən 3 dəqiqə davam etdi. Hadisə yerinə “Az 90 AC 771” və “Az 90 AC 210” nömrə nişanlı maşınlarda polislər gətirildi. Onlar narazılığın səbəbini belə soruşmadan aksiya iştirakçılarını döyməyə, itələyib yoldan çıxarmağa başladılar. Xüsusilə kişilər daha ağır təzyiqlərə məruz qalırdılar. Xəsarət alanlar arasında itgin düşmüş şəxslərdən birinin yeniyetmə oğlu da var.

Polislərlə yanaşı  mülki geyimli, idmançı cüssəli şəxslər də vətəndaşları döyürdülər. Onlardan biri, sonradan adının Elman olduğunu öyrəndiyimiz şəxs bizim üstümüzə cumaraq çəkiliş aparmağımıza mane olmaq istədi. Hətta jurnalist olduğumuzu təsdiqləyən sənədi belə göstərməyimiz onu dayandırmadı. Sonradan özünün polis kapitanı olduğunu deyən bu şəxs reportyor Əhməd Muxtara bir neçə zərbə endirdi, bu yazının müəllifini isə itələdi.

Polislərin bu həmləsi onsuz da qəzəbli olan valideynləri daha da qızışdırdı. Nəticədə  iki polis döyüldü, birinin forması cırıldı. Uniformaya yapışdırılmış nişan qopub yerə düşdü.

Yalnız Nərimanov rayon Polis İdarəsinin rəis müavini Xanlar Bayramovun gəlişindən sonra əlbəyaxa döyüş səngidi. Vəziyyətlə maraqlanan rəis müavini BQXK komitəsinin rəhbərliyi ilə danışıqlar apardı və onların vətəndaşlar qarşısında izahat vermələrinə şərait yaratdı. Lakin bu da qəzəbli valideynləri sakitləşdirmədi. Onlar etirazlarının telekanallar vasitəsilə çatdırılmasını istədilər. Hətta qadınlardan bir neçəsi ANS-in “qaynar xətt”inə, Vahid Mustafayevin şəxsi nömrəsinə zəng etdilər. Lakin heç bir nəticəsi olmadı. Ümumiyyətlə, hadisə yerində bizim reportyor qrupundan başqa jurnalist yox idi.

Valideynləri sakitləşdirməyə  çalışan X.Bayramov onları əmin etdi ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində tezliklə torpaqlarımız işğaldan azad olunacaq və hər kəsin istəyi yerinə yetiriləcək.

30082009191-copy

30082009188-copy

30082009183-copy

print3

30082009190-copy

print5

30082009194-copy

30082009193-copy

30082009195-copy

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

<span>%d</span> bloqqer bunu bəyənir:
close-alt close collapse comment ellipsis expand gallery heart lock menu next pinned previous reply search share star