Paytaxtda Ford Focus avtomobili VAZ 2104 ilə toqquşub
İyulun 7-də saat 15:45 radələrində A.Abbasov və Z.Xəlil küçəsinin kəsişməsində Ford Focus markalı avtomobil ilə VAZ 2104 markalı avtomobil toqquşub. Nəticədə VAZ 2104 markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Ford Focus avtomobilinin qadın sürücüsü isə yüngül bədən xəsarəti alıb.
Hadisə şahidləri avtomobil.az-ın müxbirinə bildiriblər ki, A.Abbasov küçəsi ilə hərəkət edən VAZ 2104 markalı avtomobil Z.Xəlil küçəsindən hərəkət edərək dönməyə çalışan Ford Focus avtomobili ilə toqquşub. Sürətin yuxarı olması səbəbindən Ford Focus avtomobili sürüşərək yolun digər tərəfinə keçib və qarşı tərəfdə dayanan Mercedes-Benz markalı avtomobilə də zərər yetirib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.